
Qapı klapanları üçün zəngin əlaqə variantları
AVK bir çox müxtəlif əlaqə variantları təklif edir. Bu seçimlərə müxtəlif fərqli flanş arası boya sahib olan flanşlı uclar, PE və polad borular üçün qaynaq ucları, universal və boru növünə məxsus xüsusi kilidli mufta ucları, düz boru və yuva ucları ilə yivli uclar daxildir.
PE borularına birbaşa qaynaq üçün PE boru uclu olan qapı klapanları
AVK-nın PE boru uclu qapı klapanları, PE borusunun özündən daha güclü olan DVGW tərəfindən təsdiqlənmiş 1-ci sinif əlaqəsinə malikdir. Standart PE boru parçası birbaşa klapannın üzərindəki yivli hissənin içərisinə basılır. Yivlər klapan/boru birləşməsinin ətrafında bir yaxa ilə birləşdirildikdə, PE borusunu möhkəm şəkildə bərkidir və boru kəmərinin bütün xidmət müddəti ərzində birləşməni sıx və gərgin saxlayır. Bundan sonra birləşmə korroziyadan qorunmaq üçün büzülmə borusu ilə örtülür. Tam və düz keçid sahəsi minimum təzyiq itkisini təmin edir və təzyiq altında qazmağa imkan verir. Suyun təmin edilməsi, qazın təmin edilməsi və yanğından mühafizə proqramları üçün alternativlər mövcuddur. Bundan əlavə, suyun və qazın temin edilməsi üçün flanşlı x PE uclu və suyun təmin edilməsi üçün Supa Maxi™ x PE uclu, qazın təmin edilməsi üçün polad tıxac x PE ucu ilə alternativlər də mövcuddur.
Tam qaynaqlı boru sisteminin üstünlükləri haqqında məlumat əldə edin.
Maksimum elastiklik üçün kilidlənmiş mufta ucları olan qapı klapanları
AVK təmir və yaxud dəyişdirmə zamanı suyu asanlıqla bağlamaq üçün kilidli mufta uclu qapı klapanları istehsal edir. Supa Maxi™ qapı klapanı universal kilidləmə ucları sayəsində istənilən növ boruya klapan quraşdırılmasına imkan verir və adətən yeni bir PE boru kəməri ile köhnə çuqun boru kəmərinə birləşdirmək üçün istifadə olunur. Mufta ucları bütün ölçülərdə PN 16-a qədər sıxılma təmin edən boltların yenidən bərkidilməsini tələb etməyən elastik bir sürət mexanizması ile hazırlanmışdır. Dərin ötürmə sahəsi, ± 4° bucaq dəyişikliyə icazə verməsi və qoruyucu qapaqlar sayəsində klapan quraşdırmaq çox asandır. Supa Maxi™ x PE uclu qapı klapan növü bir ucunda istənilən boru tipinə qoşulur və digər ucunda PE borularına birbaşa qaynaq etməyə imkan verir. PE və uPVC borular üçün Supa Plus™ qapı klapanı, həmçinin sıxıla bilən şayba ilə ± 3,5° bucaq dəyişdirilməsinə imkan verir və hətta böyük ölçülərdə də boru ucunun quraşdırılmasını asanlaşdırır.
Bütün əsas standartlara cavab verən flanşlı qapı klapanları
AVK, EN 558 Cədvəl 2-ci Bağlanğıc Seriası 14 (qısa, DIN F4) və Seriya 15 (uzun, DIN F5) ilə demək olar ki, GOST, SABS, AWWA, AS və BS-ye uyğun olaraq flanş arası mesafəsi ilə hardasa bütün standartlara uyğun olan flanşlı qapı klapanları təklif edir. Həmçinin flanş X PE ucu və flanş X tıxac ucu olan 3 və 4 çıxışlı kombi keçid qapı klapanları təklif edirik. Xüsusilə, flanşlı qapı klapanlarımız suyun təmin edilməsi, gazın təmin edilməsi, çirkab suların təmizlənməsi və yanğından mühafizə seqmentlərində çoxlu miqdarda tətbi üçün müxtəlif material variantları da mövcuddur.

Köhnə boru kəmərlərində təmir üçün tıxaclı qapı klapanları
Köhnə boru kəmərindən bir klapanı çıxararkən, adətən klapanın hər iki tərəfindəki boruların kəsilməsi ilə aparılır, boruların ucları mərkəzləşə bilməz və standart flanşlararası ölçülərdəki klapanlar boşluğa sığmaya bilər. Tıxaclı klapan və bir flanş adapteri və yaxud bucaq dəyişikliyi qabiliyyəti olan bir mufta, elastik bir həlldir. Tökmə borular üçün qısa və yaxud uzun tıxaclı ucları olan və AC boruları üçün qısa tıxaclı ucları olan klapanlar təqdim edirik. Tıxac ucları və flanş x tıxac ucları olan məhsul çeşidimizə nəzər salın.
Flanşlı uclara alternativ olaraq yuvalı ucu olan qapı klapanları
Tıxaclı qapı klapanları, klapanlar, flanşın, boltun və şaybanın qiymətini, eləcə də quraşdırılma vaxtını da nəzərə alaraq eynilə muftalı qapı klapanları kimi flanşlı klapanlara görə sərfəli qiymətli alternativdir. UPVC borular üçün Euro yuvalın tökmə borular üçün Titon yuvalı və adətən yanğından qoruma və suvarma sistemində istifadə edilən polad borular üçün elastik polad borular üçün elastik yivli qapı klapanlarını təqdim edirik. Həmçinin “Buderus” boruları və standart tökmə borular üçün uyğun olan BLS tıxaclı/yuvalı qapı klapanları təqdim edirik.
Aşağı təzyiqli polad qaz borularının qaynaq edilməsi üçün polad boru uclu qapı klapanları
AVK həm qaynaq uclarına asanlıqla daxil olmağa həm də asan quraşdırmaya imkan verən aşağı çəkiyə malik iki müxtəlif ölçülü polad boru uclu qapı klapanı təklif edir. Həmçinin, polad tıxac ucu x PE ucu olan növləri də mövcuddur. Klapanlar DIN 3239 1-ci Hissəyə uyğun olaraq qaynaq ucları olan GS-C 25N tökmə poladdan hazırlanır. Qaynaq işi AVK-da sertifikatlı qaynaqçılar tərəfindən aparılır.

