AVK International A/S Haqqında

AVK International A/S Qitə Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələri və Şimali Afrikanı əhatə edən coğrafi regiondaki bazarlara su təchizatı, qaz təchizatı, tullantı sularının təmizlənməsi və yanğından mühafizə üçün müxtəlif növlərdə klapan, hidrant və aksessuar çeşidləri təklif edir.

AVK International olaraq qapı klapanları, ikiqat eksantrik kəpənək klapanları, Kütləvi yoxlama klapanları, xidmət birləşdirici klapanları, Supa Maxi™ muftaları, uzantı milləri və bəzi hidrantlar və aksesuarların istehsalında təcrübəmiz mövcuddur.İstehsalımızda AVK-nın öz rezin fabriki olan AVK GUMMI A/S-də istehsal olunan rezin birləşmələrdən istifadə edirik, çünki klapan və hidrantın içindəki rezin komponentlərin təhlükəsiz, sızdırmaz və problemsiz işləməsini təmin etmək üçün yüksək keyfiyyətdə olması vacibdir. Biz məhsul çeşidimizə Avropadakı 20-dən çox AVK fabrikindən və dünya miqyası üzrə AVK fabriklərindən məhsul çeşidlərimizə məhsullar əlavə edirik və beləliklə çox geniş çeşiddə yüksək keyfiyyətli klapanlar, hidrantlar və aksessuar növləri teqdim edirik.

Sadə idarəetmə prinsiplərinə uyğun olaraq, işimizi və məhsul axınlarımızı ən sürətli çatdırılma müddətini təmin edəcək şəkildə inkişaf etdirdik. AVK-nın məhsul portfelinin böyük bir hissəsini texnoloji avadanlıqlarla təchiz olunmuş 13.000 m²-lik anbarımızda saxlayırıq. Anbar idarəetmə sistemimiz ehtiyatları optimallaşdırmağa və idarəetməyə imkan verir. Bütün bunlar bizə üstün xidmət göstərməyə imkan verir.

ISO 9001 ile neft və qaz sənayesinin standartı olan ISO 29001-ə uyğunluq sertifikatımız var. Bundan əlavə, ISO 140001 ətraf mühitin idarəetmə standartına, ISO 50001 enerji idarəetmə standartına və ISO 45001 əməyin mühafizəsi və təhlükəsizliyinin idarəetmə standartına uyğunluq sertifikatımız var.

Müştərilərimizə onların ehtiyacları ilə birbaşa məşğul olan AVK şirkətləri və yaxud xüsusi diqqətlə seçilmiş distribyutorlarımız tərəfindən xidmət göstərilir. Bu minvalla AVK olaraq yerli ehtiyaclara cavab verən həllər təqdim edirik.
AVK International A/S, Danimarkanın Galten ətrafındakı 4 bölgəsində təxminən 230 nəfər işçi işləyir və 2022/2023-ci maliyyə ilində 739 milyon Danimarka kronundan çox dövriyyə həyata keçirmişdir.

Video

Fabrik turu AVKI

Yüksək keyfiyyətli yanaşmamızı  göstərən fabrik turu videomuz ilə AVK International ilə tanış olun.